İT menecer

  • Истекает 9 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza zəif axın sistemləri üzrə texniki biliklərə malik İT menecer axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif etmək;
  • Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək;
  • Texniki spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
  • Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə məsləhət vermək;
  • Satış komandası ilə birlikdə layihələrin texniki tərəfini əlaqələndirmək;
  • Zərurət olduqda obyektlərdə ilkin texniki baxış keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək;
  • Satışdan sonra yaranan texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək;
  • İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək.

Namizədə tələblər:

  • İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə biliklər;
  • CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə nəzarət sistemləri barədə anlayış;
  • IP ünvanlama, LAN, PoE, switch və router avadanlıqları haqqında  bilikləri;
  • Texniki məlumatları təhlil etmək və müştəriyə aydın izah etmək bacarığı;
  • Texniki təkliflər və avadanlıq siyahıları ilə işləmək bacarığı;
  • Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

Üstünlükdür:

  • İT avadanlıqlarının satışı və ya texniki məsləhət sahəsində təcrübə;
  • Layihə və avadanlıq seçimi üzrə təcrübə.

Biz nə təklif edirik?

  • Peşəkar və dinamik komandada iş;
  • İT və təhlükəsizlik avadanlıqları üzrə biliklərin inkişafı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842