İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza zəif axın sistemləri üzrə texniki biliklərə malik İT menecer axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif etmək;
- Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək;
- Texniki spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
- Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə məsləhət vermək;
- Satış komandası ilə birlikdə layihələrin texniki tərəfini əlaqələndirmək;
- Zərurət olduqda obyektlərdə ilkin texniki baxış keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək;
- Satışdan sonra yaranan texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək;
- İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək.
Namizədə tələblər:
- İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə biliklər;
- CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə nəzarət sistemləri barədə anlayış;
- IP ünvanlama, LAN, PoE, switch və router avadanlıqları haqqında bilikləri;
- Texniki məlumatları təhlil etmək və müştəriyə aydın izah etmək bacarığı;
- Texniki təkliflər və avadanlıq siyahıları ilə işləmək bacarığı;
- Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Üstünlükdür:
- İT avadanlıqlarının satışı və ya texniki məsləhət sahəsində təcrübə;
- Layihə və avadanlıq seçimi üzrə təcrübə.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik komandada iş;
- İT və təhlükəsizlik avadanlıqları üzrə biliklərin inkişafı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.