İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu ilə məşğul olan şirkətimiz komandamıza avadanlıqların quraşdırılması, sazlanması və texniki problemlərin həlli üzrə İT mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- IP kameraların, videoregistratorların, şəbəkə avadanlıqlarının və digər zəif axın sistemlərinin quraşdırılması və ilkin sazlanması;
- Avadanlıqların şəbəkəyə qoşulması, ilkin konfiqurasiyası və işlək vəziyyətinin yoxlanılması;
- Kamera görüntüsü, şəbəkə bağlantısı, enerji təchizatı və avadanlıq konfiqurasiyası ilə bağlı nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- Müştərilərə avadanlıqların istifadəsi və texniki istismarı barədə ilkin təlimatların verilməsi;
- Satışdan sonra müştərilərdən daxil olan texniki müraciətlərin araşdırılması və həll edilməsi;
- Zərurət olduqda obyektlərdə texniki baxış və servis işlərinin aparılması;
- Görülmüş işlər və aşkar edilmiş nasazlıqlar barədə texniki qeydlərin aparılması;
- Satış və texniki komandaya avadanlıqların texniki imkanları barədə dəstək göstərilməsi.
Namizədə tələblər:
- İT, elektronika, telekommunikasiya və ya əlaqəli sahə üzrə biliklər;
- IP kameralar, NVR/DVR, switch, router və PoE avadanlıqları barədə praktiki biliklər;
- Kabel infrastrukturu, şəbəkə bağlantısı və avadanlıqların sazlanması üzrə anlayış;
- Texniki nasazlıqları müəyyən etmək və müstəqil həll yolları tapmaq bacarığı;
- Məsuliyyətlilik, operativlik və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
- Obyektlərdə texniki işlərin aparılmasına hazırlıq.
Üstünlükdür:
- CCTV və zəif axın sistemlərinin quraşdırılması üzrə praktiki təcrübə;
- Texniki servis və ya avadanlıqların satışsonrası dəstəyi sahəsində təcrübə.
Biz nə təklif edirik?
- Müxtəlif İT və təhlükəsizlik avadanlıqları ilə işləmək imkanı;
- Praktiki texniki biliklərin inkişafı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.