A Aesthesis MMC
  • 1.3K

Aesthesis MMC

Other

Satış üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış üzrə mütəxəssis

  • Истекает 6 сентябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hal-hazırda yeni məhsul xəttinin bazara çıxarılması ilə əlaqədar olaraq, müştərilərlə ünsiyyəti və satış proseslərində iştirak edən, həmçinin gündəlik ofis işlərini həyata keçirən satış üzrə mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Ofis şəraitində müştəri kommunikasiyasının təşkili və zərurət olduqda üzbəüz görüşərək satış prosesinin aparılması;
  • Müştəri sorğularına nəzakətli və operativ cavab verilməsi, müştəri məmnuniyyətinin təmin olunması;
  • Müştəri bazasının idarə edilməsi, gündəlik sənədləşmə və ofis işlərinin görülməsi;
  • Şirkətin sosial media hesablarının idarə olunmasına dəstək göstərilməsi (paylaşımların yerləşdirilməsi, sadə izləyici suallarının cavablandırılması);
  • Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Excel) işləmə bacarığı;
  • İşdə dəqiqlik, məsuliyyət və nizam-intizam;
  • Komanda ilə işləmə və uzunmüddətli əməkdaşlığa maraq;
  • Satış sahəsində əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil (iş prosesində öyrədiləcək).

Şəxsi keyfiyyətlər

  • Namizəddən yaxşı ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma, etibarlılıq və davamlı işləmək motivasiyası, həmçinin planlaşdırma və vaxtın idarə olunması bacarığı gözlənilir.

Biz nə təklif edirik

  • Şirkət stabil və uzunmüddətli iş mühiti, rəqabətli əmək haqqı, eləcə də daxili təlimlər və peşəkar inkişaf imkanları təklif edir.

Müraciət üçün

  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
  • Daily44
  • Weekly44
  • Monthly1908