Hal-hazırda yeni məhsul xəttinin bazara çıxarılması ilə əlaqədar olaraq, müştərilərlə ünsiyyəti və satış proseslərində iştirak edən, həmçinin gündəlik ofis işlərini həyata keçirən satış üzrə mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri:
- Ofis şəraitində müştəri kommunikasiyasının təşkili və zərurət olduqda üzbəüz görüşərək satış prosesinin aparılması;
- Müştəri sorğularına nəzakətli və operativ cavab verilməsi, müştəri məmnuniyyətinin təmin olunması;
- Müştəri bazasının idarə edilməsi, gündəlik sənədləşmə və ofis işlərinin görülməsi;
- Şirkətin sosial media hesablarının idarə olunmasına dəstək göstərilməsi (paylaşımların yerləşdirilməsi, sadə izləyici suallarının cavablandırılması);
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər:
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel) işləmə bacarığı;
- İşdə dəqiqlik, məsuliyyət və nizam-intizam;
- Komanda ilə işləmə və uzunmüddətli əməkdaşlığa maraq;
- Satış sahəsində əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil (iş prosesində öyrədiləcək).
Şəxsi keyfiyyətlər
- Namizəddən yaxşı ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma, etibarlılıq və davamlı işləmək motivasiyası, həmçinin planlaşdırma və vaxtın idarə olunması bacarığı gözlənilir.
Biz nə təklif edirik
- Şirkət stabil və uzunmüddətli iş mühiti, rəqabətli əmək haqqı, eləcə də daxili təlimlər və peşəkar inkişaf imkanları təklif edir.
Müraciət üçün
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.