İş şəraiti
- Daxili Audit departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar;
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər;
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər;
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər;
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı;
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər;
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması;
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür);
- Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür);
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər;
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək;
- Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək;
- Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək;
- Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək;
- Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək;
- Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək;
- Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.