AFB Bank AFB Bank

Aparıcı/Baş auditor (Daxili audit departamenti)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı/Baş auditor (Daxili audit departamenti)

  • Deadline 12 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri

Namizədə dair tələblər: 

  • Ali iqtisadi, hüquqi və ya riyazi təhsil,
  • Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 2-3 illik təcrübə,
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
  • Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
  • Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
  • Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
  • Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
  • Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
  • Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
  • Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
  • MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
  • Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür),
  • Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (Beynəlxalq dərəcəli sertifikatın olması üstünlükdür) üzrə peşəkar biliklər,
  • Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.

İşin təsviri:

  • Audit planının hazırlanması barədə departament direktoruna təkliflər vermək;
  • Audit planına uyğun olaraq bankda nəzarət, risklərin idarə edilməsi sistemlərinin və korporativ idarəetmənin auditini həyata keçirmək;
  • Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit etmək; 
  • Audit nəticələri və verilmiş tövsiyələr üzrə hesabatlar tərtib etmək və onların icrasına nəzarəti təmin etmək;
  • Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak etmək;
  • Daxili Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq standartlar çərçivəsində digər vəzifələri həyata keçirmək;
  • Bankın daxili qaydaları ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək və tələblərə riayət etmək və s.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı/Baş auditor” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.

  • Daily0
  • Weekly610
  • Monthly1178