İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali iqtisadi, hüquqi və ya riyazi təhsil,
- Bank auditi, banklarda daxili nəzarət və risklərin idarə edilməsi sahəsində 4 illik təcrübə,
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək,
- Audit və daxili nəzarət tapşırıqlarının icra edilməsi üzrə üsul və metodların tətbiqinə dair praktiki bilik və bacarıqlar,
- Bank əməliyyatları və biznes proseslər haqqında peşəkar biliklər,
- Bank qanunvericiliyi və digər qanuvericilik aktları üzrə biliklər,
- Maliyyə hesabatları üzrə təhliletmə bacarığı, mühasibat yazılışları haqqında biliklər,
- Avtomatlaşdırılmış Bank İnformasiya sistemindən (ABİS) əldə olunan iri həcmli məlumatlarrı təhlil etmə bacarığı,
- Effektiv şifahi və yazılı kommunikasiya qurmaq o, cümlədən audit hesabatlarının və təqdimatlarının hazırlanması üzrə biliklər,
- Komandada işləmə bacarığı, təşəbbüskarlq, öz bilik və bacarıqlarını davamlı inkişaf etdirmək istəyinin olması.
- MS Office proqramları üzrə (xüsusi ilə Excel) yüksək səviyyəli praktiki bacarıqlar (SQL üzrə bilik və bacarıqların olması üstünlükdür),
- Data analitika, Aİ üzrə bilklər (sertifikatın olması üstünlükdür),
- Beynəlxalq Daxili Audit standartları, Daxili audit etikası (ACCA, CPA və ya CIA kimi beynəlxalq sertifikatlara malik olmaq üstünlük sayılır)
- Risklərin idarə olunması sistemi (ERM), Nəzarət modelləri (məs,COSO) və Korporativ idarəetmə standartları üzrə peşəkar biliklər.
İşin təsviri:
- Bank üzrə illik audit planının hazırlanması ilə bağlı departament direktoruna təkliflər təqdim edir;
- Təsdiq edilmiş audit planına uyğun olaraq, bankda nəzarət və risklərin idarə edilməsi sistemlərinin auditini aparır;
- Bankın risklərin idarə edilməsi sistemini mütəmadi təhlil və təftiş edir, mövcud risklərin səviyyəsini qiymətləndirir;
- Nəzarət sistemlərinin və korporativ idarəetmə mexanizmlərinin adekvatlığını qiymətləndirir;
- Normativ-hüquqi aktların və bankdaxili prosedurların icrası vəziyyətini audit edir, onlara edilmiş dəyişikliklərin nəzarət sistemlərinə təsirini qiymətləndirir və bu barədə rəy verir;
- Xərclərin səmərəliliyini və maliyyə resurslarının idarə olunması effektivliyini qiymətləndirir;
- Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətləri barədə hesabatlar tərtib edir, həmçinin tövsiyələrin icrasına nəzarət edir;
- Dələduzluq və sui-istifadə hallarının aşkarlanmasında və araşdırılmasında iştirak edir;
- Aşkarlanmış qeyri-səmərəliliklər, hadisələr və işdə ləngimələr barədə, həmçinin bank üçün əhəmiyyət kəsb edən digər müşahidələr barədə departament direktorunu məlumatlandırır;
- Audit fəaliyyəti ilə bağlı qanunvericilik və beynəlxalq standartlara uyğun olaraq digər aidiyyəti vəzifələri icra edir;
- Bankın daxili qaydaları ilə məyyən edilmiş öhdəlikləri yerinə yetirir və tələblərə riayət edir;
- Departament direktorunun tapşırığı ilə ona həvalə edilən digər işləri yerinə yetirir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Audit departamentinin şöbə müdiri” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.