AFB Bank AFB Bank
  • 151

Daxili Nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Daxili Nəzarət və Komplayens departamenti)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Daxili Nəzarət və Komplayens departamenti)

  • Deadline 12 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti: 

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri

Namizədə dair tələblər: 

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes və əlaqəli sahələr);
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2–3 il təcrübə (daxili nəzarət, risk, audit sahəsində təcrübəyə üstünlük verilir);
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
  • MS Office proqramları, PL/SQL və digər analitik alətlər üzrə biliklərin olması arzuolunandır;
  • Məlumatların məxfiliyinə riayət etmə bacarığı;
  • Analitik düşünmə bacarığı, detallara diqqətlilik;
  • Yüksək məsuliyyət, detallara diqqət və məxfi məlumatlarla işləmə etikası;
  • Effektiv ünsiyyət qurma, komanda ilə əməkdaşlıq və təzyiq altında düzgün qərarvermə bacarığı. 

İşin təsviri:

  • Kredit, əməliyyat, depozit, kart və rəqəmsal kanallar üzrə gündəlik əməliyyatların yoxlanılması və şübhəli halların müəyyən edilməsi;
  • Şübhəli əməliyyatların (C2C, AÖS, POS və s.) təhlili və zəruri hallarda aidiyyəti sahələrə məhdudiyyət tətbiqi üçün məlumat verilməsi;
  •  Prosedurlarda nəzərdə tutulan risk indikatorlarının tətbiqi və gündəlik monitorinqinin aparılması;
  •  Rəqəmsal bankçılıq üzrə (DWH, API, mobil tətbiq) əməliyyatların təhlili və risklərin müəyyən edilməsi;
  •  Fraud risklərinə dair analitik təhlillərin və daxili hesabatların hazırlanması;
  • Audit tapıntılarının icra vəziyyətinin təqibi və hesabatlılığın təmin edilməsi;
  • Gündəlik, həftəlik və aylıq DN hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Daxili nəzarət proseslərinin təkmilləşdirilməsi və nəzarət çərçivələrinin inkişafına dəstək verilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Daxili Nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.

  • Daily0
  • Weekly610
  • Monthly1178