İş barədə məlumat:
- Risklərin idarəetməsi departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Daşınmaz və ya daşınar əmlaklar üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə etmiş şəxs arzuolunandır;
- MS Office proqramları üzrə biliklər.
İşin təsviri:
- Əmlaklara baxış keçirərək girovların qiymətləndirilməsi üzrə rəyin verliməsi;
- Girov portfelinə nəzarət və girovların monitorinqinin həyata keçirilməsi;
- Girovların qiymətləndirilməsi və monitorinqi prosesinin inkişafı üzrə təkliflərin verilməsi;
- Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
- Stress test və ssenari analizlərin (təkliflər verliməsi və təhlili) aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Girovlara nəzarət və qiymətləndirmə üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.