İş barədə məlumat:
- İnzibati idarəetmə strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
- KPI metodologiyaları (SMART, OKR, Balanced Scorecard və s.) üzrə biliklər;
- Data analitikası və hesabat hazırlamaq bacarığı (Excel-tələb, Power BI və ya digər analitik alətlər-üstünlük verilir);
- Güclü analitik və nəzarət bacarığı;
- Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
İşin təsviri:
- Bankın performans qiymətləndirmə sisteminin (KPI-lar, OKR-lər və s.) hazırlanması, tətbiqi, nəzarəti və optimallaşdırılması;
- Müxtəlif struktur bölmələrlə əməkdaşlıq edərək fərdi və təşkilati KPI-ların müəyyən edilməsi, effektivliyinin ölçülməsi və analiz edilməsi;
- Dövri qiymətləndirmələrin (rüblük, illik) təşkili, nəticələrin analiz edilməsi və hesabatların hazırlanması;
- Performans qiymətləndirməsi üzrə məlumatların toplanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Aşağı performans göstərən işçilər üçün inkişaf planlarının hazırlanması və izlənilməsi;
- KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
- Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması üçün təlimlərin təşkili;
- Performans idarəetməsi üzrə ən yaxşı təcrübələri araşdırmaq və uyğun şəkildə şirkətə inteqrasiya etmək;
- Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
- Strateji HR qərarlarında iştirak edərək, şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Performansın idarəedilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.