Maliyyə Risklərinin idarəetməsi üzrə Baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə Risklərinin idarəetməsi üzrə Baş mütəxəssis

  • Deadline 2 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Risklərin idarəetməsi departamenti
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat);
  • Risklərin idarə edilməsi üzrə 3-5 il iş təcrübəsi;
  • Kredit, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə;
  • Azərbaycan dili sərbəst, ingilis dili üzrə oxu və işgüzar səviyyədə bilik;
  • Bank sektorunda və ya maliyyə sahəsində risklərin idarə edilməsi, kredit təhlili, maliyyə analizi və ya əlaqəli sahələr üzrə iş təcrübəsi;
  • Kredit, likvidlik və bazar riskləri üzrə əsas anlayışların olması;
  • Maliyyə göstəricilərinin təhlili və risk əsaslı düşünmə bacarığı;
  • Kredit portfeli, likvidlik və bazar riskləri üzrə əsas risk indikatorları barədə biliklər;
  • Stres-test və ssenari analizlərinin məntiqini anlamaq və tətbiq etmək bacarığı;
  • MS Excel və digər analitik proqramlarda sərbəst işləmə bacarığı (analitik sistemlər ilə iş təcrübəsi üstünlükdür), AI alətləri ilə işləmə bacarığı;
  • Məlumatlarla işləmək, nəticələri düzgün şərh etmək və yazılı hesabat formasında təqdim etmək bacarığı.

İşin təsviri:

  • Bank üzrə kredit, likvidlik və bazar risklərinin identifikasiyası, ölçülməsi və monitorinqində iştirak etmək;
  • Kredit portfeli üzrə risk göstəricilərinin (NPL, konsentrasiya, sektor bölgüsü, gecikmələr və s.) təhlilində və mütəmadi monitorinqində iştirak etmək;
  • Likvidlik riskinin idarə edilməsi çərçivəsində pul axınlarının, likvidlik boşluqlarının, LCR və NSFR kimi əsas göstəricilərin hesablanması və təhlilinə dəstək vermək;
  • Bazar riskləri üzrə faiz dərəcəsi və valyuta mövqelərinin təhlilində iştirak etmək, risk limitlərinə riayət olunmasına nəzarət etmək;
  • Stres-test və ssenari analizlərinin aparılmasında iştirak etmək, nəticələrin analiz və şərhinə dəstək vermək;
  • Maliyyə riskləri üzrə daxili və tənzimləyici hesabatların hazırlanmasında iştirak etmək;
  • Risk siyasətləri, prosedurları və metodologiyalarının tətbiqinə əməl olunmasını təmin etmək və təkmilləşdirmə təklifləri vermək;
  • Risk iştahası bəyannaməsi, risk limitləri və erkən xəbərdarlıq üzrə limitlərin təhlilində iştiak etmək;
  • Risklərin idarə edilməsi sistemlərinə məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək;
  • Digər struktur bölmələrdən daxil olan məlumatların təhlili və risk baxımından qiymətləndirilməsində iştirak etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə Risklərinin idarəetməsi üzrə Baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

  • Daily8
  • Weekly313
  • Monthly313