AFB Bank AFB Bank
  • 635

Monitorinq üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Monitorinq üzrə mütəxəssis

  • Deadline 16 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin idarə edilməsi strukturu

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali təhsil (Maliyyə-kredit, iqtisadiyyat, riyaziyyat, statistika, biznesin idarə edilməsi və digər dəqiq və ya texniki sahələr üzrə);
  • Bankda Biznes kreditləri (Mikro) üzrə minimum 2 illik iş təcrübəsi;
  • Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər;
  • Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
  • Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər;
  • Kredit reytinq və skorinq sistemlərinin qurulmasını bilmək;
  • Maliyyə təhlili sertifikatların olması üstünlükdür, maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı;
  • Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.

İşin təsviri:

  • Təsdiq edilmiş monitorinq planına uyğun olaraq kreditlərin monitorinqini həyata keçirir;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir, bu məqsədlə plandan kənar monitorinqlər təşkil edir;
  • Monitorinq olunmuş kreditlər üzrə Komitə qərarlarının icra olunmasına nəzərat edir;
  • Monitorinq məqsədi ilə müştərilər ilə əlaqə saxlayır, birbaşa görüşlər həyata keçirir, monitorinqin növündən asılı olaraq tələb olunan məlumatlar əldə edib, təhlil edir;
  • Monitorinqin nəticəsi barədə aktları hazırlayır, görülmüş işlərin reyestrini təşkil edir və nəzarət edir. Görülmüş işlər barədə menecerə hesabat verir;
  • Mərkəzi Bankın normativ aktarı, Bankın daxili qaydaları və kredit məhsulları üzrə yeniliklər barədə daima məlumatlı olmalı və işində rəhbər tutmalıdır.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Monitorinq üzrə mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyini xahiş edirik.

  • Daily0
  • Weekly0
  • Monthly1547