İş barədə məlumat:
- Satış strukturu
- Vəzifə: Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri
Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İşin təsviri:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Pərakəndə kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları)” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.