Əməliyyatlar departamenti
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı ş., Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə üstünlükdür);
- Bank və ya maliyyə sektorunda minimum 2 il iş təcrübəsi;
- Bank əməliyyatlarının qanunvericiliyə uyğun icrası üzrə praktiki biliklər;
- Analitik düşüncə və hesabatların hazırlanması üzrə yüksək dəqiqlik;
- Çevik işləmə bacarığı və zərurət yarandıqda müxtəlif funksiyalar üzrə məsuliyyət götürmək qabiliyyəti;
- Komanda ilə əməkdaşlıq və effektiv ünsiyyət bacarıqları.
İŞİN TƏSVİRİ:
- Avans və konsiqnasiya əməliyyatları üzrə qeydiyyatların bankdaxili əməliyyat sistemində düzgün və vaxtında icrasını təmin etmək;
- Müvafiq dövlət qurumlarından daxil olan (Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, vergi orqanları və s.) sorğu və məktubları cavablandırmaq, yazışmaları mərkəzləşdirilmiş qaydada təşkil etmək;
- Bankın daxili qayda və prosedurlarına uyğun fəaliyyət göstərmək, müəyyən edilmiş tələblərə riayət etmək;
- Avans və konsiqnasiya əməliyyatlarının elektron qeydiyyatını mərkəzləşdirilmiş şəkildə aparmaq və nəzarətdə saxlamaq;
- Komanda daxilində iş bölgüsünü nəzərə alaraq, zərurət yarandıqda digər əməkdaşlara dəstək göstərmək;
- Rəhbərlik (direktor və menecer) tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Sənədli əməliyyatlar üzrə aparıcı mütəxəssis / baş mütəxəssis" yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.