İnzibati idarəetmə strukturu
Vəzifə: Təminat-təchizat üzrə aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- MS ofis proqramlarından istifadə bacarığı;
- İntizamlılıq, dəqiqlik, komandada işləmə bacarığı;
- Verilmiş tapşırıqları vaxtında və tam yerinə yetirmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etmək.
İşin təsviri:
- Bankın baş ofis və filiallarının ofis şəraitinin yaxşılaşdırılmasının təşkil edilməsi;
- Bankın tələbatına uyğun mal və xidmətlərin satın alınması prosesinin təşkili;
- Satın alınan mal və xidmətlərlə bağlı bazar araşdırılmasının təşkili;
- Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti;
- Baş ofis və filiallarda olan əşyaların daşınmasını, otaqlara yığılmasını və s. yerdəyişmə işlərinin təşkil edilməsi;
- Bankın baş ofis və filallarda olan havalandırma, su təchizatı, istilik sistemlərini nəzarətdə saxlamaq, təmirə ehtiyac olduğu halda onların təmir işlərini təşkil etmək, baş ofisdə olan qazanxana, havalandırma mərkəzləri, elektrik otaqları və su sistemlərinə daimi nəzarət edilməsi;
- Filalların bütün xırda təmir tikinti və bərpa işlərinin təşkil edilməsi;
- Fövqəl vəziyyət zamanı yaranmış problemlərin həll edilməsi, su basma, kanalizasiya, yanğın və s. hadisələrin qarşısının alınması tədbirlərin hazırlanması;
- Baş ofis və filiallarda olan generator sistemlərinin servis cədvəllərinə nəzarət edilməsi və daimi işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
- Baş ofisin aylıq kommunal ödənişlərinə nəzarətin edilməsi, bu sahədə aidiyyatı dövlət orqanları ilə sənədləşmə işlərinin həll edilməsi;
- Struktur direktorunun verdiyi digər öhdəliklərin yerinə yetirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təminat-təchizat üzrə aparıcı mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.