Biz komandamıza sosial media hesablarımızı idarə edəcək, vizual və video kontentlər hazırlaya biləcək təcrübəli SMM Mütəxəssisi axtarırıq!
Namizədə dair tələblər:
- İş təcrübəsi: SMM və kontent yaradılması sahəsində ən azı 1 il iş təcrübəsi
- Portfolio: Əvvəlki işləri (hazırladığı postlar, viderolar, dizaynlar və ya idarə etdiyi səhifələr) əks etdirən portfolio təqdim olunmalıdır
- Mobil çəkiliş və video montaj: Səhifələr üçün Reels, TikTok və çarxların çəkilişini aparmaq, CapCut, InShot və ya digər mobil/peşəkar proqramlarda yüksək keyfiyyətli montaj etmək bacarığı
- Qrafik dizayn: Sosial media postları və carousellər üçün Photoshop, Illustrator və ya Canva proqramlarında sərbəst dizayn hazırlamaq qabiliyyəti
- Kopyraytinq: Maraqlı, savadlı və hədəf auditoriyaya uyğun mətnlər yaza bilmək
- Vizual zövq, trendləri yaxından izləmə və kreativ yanaşma
Əsas öhdəliklər:
- Aylıq SMM strategiyasının və kontent planının hazırlanması
- Foto və video çəkilişlərin təşkili, çəkilməsi və montaj olunması
- Statik və dinamik (statik post, carousel, story, Reels) vizualların və dizaynların hazırlanması
- Paylaşımların vaxtında edilməsi və hesabların aktivliyinin saxlanılması
- Trendlərin izlənilməsi və uyğun ideyaların tətbiqi
Maraqlanan namizədlər öz CV-lərini və Portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SMM” qeyd edərək göndərə bilərsiniz.