Avtokreditlər üzrə mütəxəssis

  • Deadline 16 Yanvar 2026

Təsvir

“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC Avtokreditlər üzrə mütəxəssis vakansiyasını elan edir.

“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir. 

Vəzifə öhdəlikləri:

  • Müştərilərin avtokredit şərtləri barədə məlumatlandırılması
  • Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi, təhlil edilməsi və sistemə daxil edilməsi
  • Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Portfelə nəzarətin və gündəlik ödəmələrin təqib edilməsi

Tələblər

  • Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • 21-29 yaş aralığında gənclər
  • Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
  • MS Excel üzrə biliklər

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə 1-2 il
  • Təhsil - Bakalavr
  • Əmək haqqı - 700 AZN

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily10
  • Weekly760
  • Monthly782