Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist

  • Истекает 12 декабрь 2026

Təsvir

  • Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq və təhlil etmək;
  • Maliyyə göstəricilərini təhlil edərək kənarlaşmaları, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;
  • Kredit portfelinin keyfiyyətini, gecikmiş kreditləri (PAR), problemli kreditləri (NPL) və digər əsas risk göstəricilərini izləmək və qiymətləndirmək;
  • Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq, hesabatlarda aşkar edilən səhvlərin səbəblərini araşdırmaq;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmaması üçün konkret düzəliş və təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Faktiki göstəriciləri əvvəlki dövrlərlə və plan göstəriciləri ilə müqayisə etmək, dəyişikliklərin səbəblərini izah etmək;
  • Rəhbərlik üçün analitik hesabatlar hazırlamaq, əsas riskləri və tələb olunan tədbirləri təqdim etmək;
  • Müvafiq struktur bölmələri ilə birlikdə aşkar edilmiş problemlərin həlli prosesini izləmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində ən azı 2 il müvafiq iş təcrübəsi;
  • Maliyyə göstəricilərini təhlil etmək, uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı;
  • Kredit portfelinin əsas göstəriciləri, o cümlədən PAR və NPL haqqında bilik;
  • MS Excel proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
  • Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
  • Bank, BOKT və ya digər maliyyə təşkilatında iş təcrübəsi üstünlükdür;
  • Analitik düşüncə, dəqiqlik və müstəqil işləmək bacarığı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly261
  • Monthly841