AQA Şirkətlər Qrupu "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasazlıqların aşkar edilməsi və düzgün diaqnostikanın aparılması;
- Kondisionerləşmə layihələrini oxuma və tətbiq etmə bacarığı;
- Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi;
- Daxili və xarici blokların montaj və demontaj işlərinin icrası;
- Kondisioner sistemlərinə qaz vurulması, qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və sistemlərin tənzimlənməsi;
- Ana platalarda (ana kartlarda) yaranmış nasazlıqların müəyyən edilməsi;
- Mono, multi və VRF sistemləri üzrə təmir işlərinin aparılması və ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi;
- Kompressorların, iki çıxışlı klapanların, sensorların, fan mühərriklərinin və digər mexaniki hissələrin dəyişdirilməsi;
- İdarəetmə pultları, mikrosxemlər və elektrik naqillərinin əvəz edilməsi;
- Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işəsalıcıların dəyişdirilməsi;
- Kondisioner sistemlərinin xüsusi kimyəvi vasitələrlə yuyulması və süzgəclərin təmizlənməsi;
- Mərkəzləşdirilmiş VRF sistemlərində mis və drenaj borularının, siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolyasiya olunması;
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, istismar qaydalarına və daxili prosedurlara riayət edilməsi;
- Tələb olunan material və ehtiyat hissələrinin anbardan çıxarılması, onlardan düzgün və qənaətlə istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Sertifikat / vəsiqə / lisenziya: arzuolunandır;
- Yaş həddi: 30–50 yaş;
- Kompüter bilikləri: Microsoft Office proqramları (üstünlükdür);
- Komandada işləmə bacarığı;
- Məsuliyyətli, işgüzar və nizam-intizamlı olmaq.
Əlavə qeyd:
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.