Kiçik auditor

  • Deadline 3 İyul 2025

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Kiçik auditor vakansiyasını elan edir.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək və qiymətləndirmək.
  • Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
  • Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq, Audit, Maliyyə sahəsi üzrə)
  • 21-27 yaş aralığı
  • Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1 ilədək
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily32
  • Weekly32
  • Monthly2237