Kiçik mühasib

  • Deadline 15 October 2025

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Bank əməliyyatlarının icra edilməsi
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Debitor və kreditor sənədlərin 1C-ə işlənməsi
  • Daxil olan və silinən mal-materialların siyahıya alınması
  • Mühasibat əməliyyatları ilə bağlı müxabirləşmələrin düzgün verilməsi
  • MVHH, MZHH və PVHH ilə bağlı əməliyyatların düzgün, vaxtında tərtib və təqdim olunması

Tələblər

  • Ali təhsil
  • 21-27 yaş aralığı
  • Əla səviyyədə Azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
  • 1C proqramından istifadə bacarığı
  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı 

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1 ilədək
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily34
  • Weekly518
  • Monthly2389