"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası "Korporativ Satış üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək;
- Yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq məhsullar haqqında məlumat vermək və onlarla görüşlər keçirmək;
- Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil;
- Satış sahəsində təcrübə və ya satış yönümlü bilik və bacarıqlar;
- Musiqi alətləri ilə bağlı təhsil və ya bilik mütləqdir;
- 21-29 yaş aralığı;
- Əla səviyyədə azərbaycan dili və rus dili;
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və diksiyaya malik olmaq.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:30 – 18:30