Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil (İdarəetmə, iqtisadiyyat, biznesin idarəedilməsi sahəsi üzrə)
- İngilis dili (əla), Rus dili (əla)
- Yüksək araşdırma və tədqiqat bacarıqları
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı
- Planlaşdırma və təşkilatçılıq bacarığı
- Komanda ilə yaxşı işləmə bacarığı
- Layihə idarəetmə proqram təminatı alətləri ilə təcrübə (Notion, Jira, MS Project)
Researcher nə iş görür?
- Müxtəlif innovativ layihələrinin hazırlamaq və yeni məhsulların yaradılması ilə bağlı müxtəlif araşdırılma və tədqiqat işlərini aparmaq;
- Biznes proseslərinin təkmilləşdirilməsi və biznesin inkişafı strategiyasının hazırlanmasında iştirak etmək;
- Korporativ iclasları təşkil etmək və nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Əlavə məlumat
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Researcher” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.