İş şəraiti
- İş yeri: Ağdam rayonu (nəqliyyat və qalma yeri təmin olunur);
- İş rejimi: həftə içi 5 iş günü;
- Əmək haqqı: 1930 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (geodeziya);
- Minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: ArcGİS və AutoCad Civil.
Vəzifə öhdəlikləri:
- Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkilini təmin etmək;
- Geodeziya və mühəndislik alətlərindən istifadə etməklə xəritələri hazırlamaq;
- müvafiq təlimat və normativ sənədlərlə tənzimlənən topoqrafik işləri görmək;
- Planlaşdırılmış və hesablanmış texniki işlərin qeydiyyatını aparmaq;
- GIS verilənlər bazasının bütövlüyünü, təhlükəsizliyini və effektiv işini təmin etmək;
- Xüsusi xəritələr, kartoqrafik prinsiplərdən istifadə edərək hesabatları hazırlamaq;
- GIS texniki sənədləri və təqdimatları hazırlamaq;
- Geoloji və coğrafi məlumatları məlumat bazasına yığmaq, redaktə etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-nizi elektron məktubun mövzu hissəsində “Geodeziya mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan ünvanına göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.