İş şəraiti
- İş yeri: Ağdam rayonu;
- İş rejimi: həftə içi 5 iş günü;
- Əmək haqqı: 1930 azn (vergi və digər xərclər çıxılmaqla), il ərzində mükafatlar.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi);
- Minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Excel, MS Project və Primavera P6 bilikləri.
Vəzifə öhdəlikləri:
- Layihələr üzrə görülən işlərə dair günlük və həftəlik iş planlarını hazırlamaq;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramını hazırlamaq və MS Project proqramına daxil etmək və yenilənməsini həyata keçirmək;
- Ümumi layihələr üzrə alınan hesabatların histoqramını hazırlamaq;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaq;
- Gecikmələrin səbəblərini müəyyən etmək və bu səbəblərin aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Mövcud gecikmələrə dair analizlər aparmaq və müvafiq tədbirlər görmək;
- Müddət və büdcədən kənaraçıxmaların təhlilini aparmaq və hesabatları hazırlamaq;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
- Subpodratçıların apardığı işlərin plan üzrə qeydiyyatına və işlərin görülməsinə nəzarət etmək.
Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-nizi elektron məktubun mövzu hissəsində “Planlama mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.