A Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti
  • 280

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti

Tikinti

Mexanika mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexanika mühəndisi

  • Deadline 4 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Mexanika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir:

İş yeri: Ağdam rayonu;

Tələb olunan bilik, təcrübə və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil (mexanika mühəndisliyi);
  • Minimum 3 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP; 
  • Komputer bilikləri: MS Office, AutoCAD.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
  • Layihələndirilən cizgilərin mexanika sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Mexanika sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin mexanika hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihənin müvafiq olaraq, mexanika sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək; 
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış mexanika sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
  • Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
  • Tikintinin mexanika sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanika sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihə mexanika sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Mexanika mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily12
  • Weekly648
  • Monthly648