AGEC AGEC
  • 422

AGEC

Digər

ESG Meneceri (Enerji və Bərpa Olunan Enerji Sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ESG Meneceri (Enerji və Bərpa Olunan Enerji Sektoru)

  • Deadline 21 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: Azerbaijan Green Energy Company
İş yeri: Bakı / Layihə sahələri
İş rejimi: Tam ştat

Vəzifə öhdəlikləri:

  • Enerji və bərpa olunan enerji layihələri üzrə ESG strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
  • Günəş, külək və digər enerji layihələri üzrə ətraf mühit və sosial təsirlərin (ESIA, ESMP) qiymətləndirilməsi və icrasına nəzarət;
  • Karbon emissiyaları, enerji səmərəliliyi və iqlim riskləri üzrə göstəricilərin hesablanması və idarə olunması;
  • Beynəlxalq maliyyə institutlarının ESG tələblərinə uyğunluğun təmin edilməsi;
  • ESG üzrə illik və layihə əsaslı hesabatların hazırlanması (GRI, SDGs, TCFD və s.);
  • Podratçılar və tərəfdaşlar üçün ESG uyğunluq tələblərinin hazırlanması və monitorinqi;
  • Əməyin mühafizəsi, icma əlaqələri və sosial təsir proqramlarının koordinasiyası;
  • ESG risklərinin (ətraf mühit, sosial, reputasiya və iqlim riskləri) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin hazırlanması;
  • Dövlət qurumları, investorlar və beynəlxalq tərəfdaşlarla ESG məsələləri üzrə əlaqələrin idarə edilməsi.
  • Şirkət daxilində korporativ idarəetmə (Governance) üzrə ESG standartlarına və siyasətlərinə uyğunluğun təmin edilməsi;
  • İşçi heyəti üçün ESG mövzularında maarifləndirmə, təlim və bacarıqların inkişafı üzrə proqramların təşkili və həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (Ətraf mühit mühəndisliyi, Ekologiya, Davamlı inkişaf, Enerji mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
  • Enerji, bərpa olunan enerji və ya infrastruktur layihələrində ESG / Sustainability sahəsində minimum 3 il iş təcrübəsi;
  • Beynəlxalq ESG və maliyyə institutları standartları üzrə biliklər (IFC Performance Standards, World Bank EHS Guidelines);
  • Güclü analitik, hesabatlılıq və layihə idarəetmə bacarıqları;
  • Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
  • MS Office və hesabat alətləri ilə sərbəst işləmə bacarığı.

Üstünlüklər:

  • ESG, Sustainability, Carbon Management və ya ISO (14001, 45001) sertifikatlarının olması;
  • Günəş və külək elektrik stansiyası layihələrində iştirak təcrübəsi;
  • Layihə menecmenti üzrə biliklər (PM, PMP və s.).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily61
  • Weekly429
  • Monthly1861