Şirkət: Azerbaijan Green Energy Company
İş yeri: Bakı / Layihə sahələri
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Enerji və bərpa olunan enerji layihələri üzrə ESG strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Günəş, külək və digər enerji layihələri üzrə ətraf mühit və sosial təsirlərin (ESIA, ESMP) qiymətləndirilməsi və icrasına nəzarət;
- Karbon emissiyaları, enerji səmərəliliyi və iqlim riskləri üzrə göstəricilərin hesablanması və idarə olunması;
- Beynəlxalq maliyyə institutlarının ESG tələblərinə uyğunluğun təmin edilməsi;
- ESG üzrə illik və layihə əsaslı hesabatların hazırlanması (GRI, SDGs, TCFD və s.);
- Podratçılar və tərəfdaşlar üçün ESG uyğunluq tələblərinin hazırlanması və monitorinqi;
- Əməyin mühafizəsi, icma əlaqələri və sosial təsir proqramlarının koordinasiyası;
- ESG risklərinin (ətraf mühit, sosial, reputasiya və iqlim riskləri) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin hazırlanması;
- Dövlət qurumları, investorlar və beynəlxalq tərəfdaşlarla ESG məsələləri üzrə əlaqələrin idarə edilməsi.
- Şirkət daxilində korporativ idarəetmə (Governance) üzrə ESG standartlarına və siyasətlərinə uyğunluğun təmin edilməsi;
- İşçi heyəti üçün ESG mövzularında maarifləndirmə, təlim və bacarıqların inkişafı üzrə proqramların təşkili və həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (Ətraf mühit mühəndisliyi, Ekologiya, Davamlı inkişaf, Enerji mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Enerji, bərpa olunan enerji və ya infrastruktur layihələrində ESG / Sustainability sahəsində minimum 3 il iş təcrübəsi;
- Beynəlxalq ESG və maliyyə institutları standartları üzrə biliklər (IFC Performance Standards, World Bank EHS Guidelines);
- Güclü analitik, hesabatlılıq və layihə idarəetmə bacarıqları;
- Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
- MS Office və hesabat alətləri ilə sərbəst işləmə bacarığı.
Üstünlüklər:
- ESG, Sustainability, Carbon Management və ya ISO (14001, 45001) sertifikatlarının olması;
- Günəş və külək elektrik stansiyası layihələrində iştirak təcrübəsi;
- Layihə menecmenti üzrə biliklər (PM, PMP və s.).
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.