İş yeri: “Clean Energy İnvest Naxçıvan” MMC, Port Baku Tower 1
İş rejimi: Tam ştat
Tabelik: Layihə Meneceri (funksional)
İşin Xülasəsi
- Layihə Koordinatoru layihələrin planlaşdırılması, icrasının monitorinqi və hesabatlılığın təmin olunması proseslərində Layihə Menecerinə dəstək göstərir.
Vəzifə Öhdəlikləri
- Layihə planlarının, vaxt cədvəllərinin və fəaliyyət qrafiklərinin hazırlanmasına dəstək göstərmək;
- Layihə üzrə gündəlik əməliyyat proseslərini koordinasiya etmək;
- Mühəndislərin, podratçıların və məsləhətçi (konsultant) şirkətlərin fəaliyyətinin koordinasiyası və idarə olunmasına dəstək;
- Dövlət qurumları ilə rəsmi yazışmaların və əlaqələrin təşkili, müqavilələrin və dövlət icazələrinin alınması prosesinin koordinasiyası və dəstəyi;
- Layihə üzrə xərclərin monitorinqi, invoysların yoxlanılması və təsdiq prosesinin koordinasiyası.
- Görüşlərin təşkili, protokolların hazırlanması və tapşırıqların icrasında dəstək;
- Layihə sənədlərinin düzgün arxivləşdirilməsini və yenilənməsini təmin etmək;
- Aylıq və həftəlik hesabatların hazırlanmasına dəstək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə tələblər
- İdarəetmə, mühəndislik, bərpa olunan enerji və ya müvafiq sahə üzrə ali təhsil;
- Layihələrin idarə olunması sahəsində minimum 2–3 il iş təcrübəsi (bərpa olunan enerji layihələri üzrə təcrübə üstünlükdür);
- Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
- Analitik düşünmə və təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.