Əmək funksiyası:
- Hoteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq istiqamətində işlər görmək.
- Bir sıra müştərilərlə korporativ və peşəkar münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “PMD Hospitality Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. fəal iştirak etmək.
- Müvafiq korporativ məlumat (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
- Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
- Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
- Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə direktora təqdim etmək.
- Satış və marketinq şöbəsində çalışan əməkdaşların işlərinə nəzarət etmək, onları satış strategiyası ilə bağlı baş verən dəyişikliklərdən vaxtında məlumatlandırmaq, işçilərin illik fəaliyyə dəyərləndirilməsini aparmaq.
- Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq
Tələblər:
- Təhsil: Ali;
- Bilik və Bacarıqlar:
- Təhlil bacarığı;
- Texnoloji Bacarıq (məzmun idarəetmə platformaları, marketinq avtomatlaşdırma vasitələri, sosial media);
- Layihənin idarə olunması;
- Təqdimat Bacarıqları/İctimai Natiqlik;
- Satış Bacarıqları;
- Məzmun idarəetmə bacarıqları;
- Müştəri münasibətlərinin idarə edilməsi;
- Rəhbərlik və komandayla iş;
- İnandırma bacarığı;
- Yaradıcılıq;
- Əməkdaşlıq etmə bacarığı;
- Həvəsləndirmə bacarığı;
- Özünə inam;
- Əzmkarlıq;
- Mentorluq;
- Şəxslərarası ünsiyyət bacarıqları;
- Qonaq məmnuniyyəti;
- Müştəri psixologiyası;
- Müqayisə etmə bacarığı;
- Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
- Kompüter bilikləri:
- Sosial media platformaları(tələbə uyğun olaraq);
- Microsoft Office.
- Opera PMS
- Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ingilis dili –əla;
Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
Uyğun namizədlər zəhmət olmazsa, CV-lərini “Satış üzrə menecer” qeyd edərək, Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.