Təsvir
- 1C istifadəçilərinə gündəlik yarana biləcək problemlərin həllində dəstək göstərilməsi;
- Mövcud konfiqurasiyaların yenilənməsinə və düzgün işləməsinə nəzarət;
- Konfiqurasiyaların monitorinqinin aparılması;
- Biznes proseslərinin 1C sisteminə uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması;
- Təkmilləşdirmələrin və yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət;
- Məlumat bazasının təhlükəsizliyinin və davamlı işləməsinin təmin edilməsi;
- Konfiqurasiyanın cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi;
- Proqram kodlaşdırmalarının hazırlanması və onlara nəzarət edilməsi;
- Rəhbərlikdən gələn cari işlərlə bağlı digər tapşırıqlarını yerinə yetirməsi.
Tələblər
- İT, mühəndislik, proqramlaşdırma ixtisasları üzrə ali təhsil;
- 1C proqramlaşdırma, texniki dəstək, proqram inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;
- Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər;
- Elektron sənəd dövriyyəsi ilə bağlı biliklər;
- Alqoritmik düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
- Müvafiq sahə üzrə yeniliklərin izlənməsi və tətbiqi ilə bağlı təkliflərin verilməsi;
- Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli;
- Ezamiyyələrə açıq olması önəmlidir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
- Korporativ nömrə
- Təlim dəstəyi
- Kariyerada yüksəlmə imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.