Təsvir
- Şirkətin işçi ehtiyaclarını müəyyən etmək və vakansiya tələblərini analiz etmək;
- Müxtəlif işə qəbul kanalları vasitəsilə namizədlərin axtarışı və cəlb edilməsini təmin etmək;
- Namizədlərin ilkin dəyərləndirilməsini aparmaq və müsahibələri təşkil etmək;
- İş təkliflərinin hazırlanması və təqdim olunmasını koordinasiya etmək;
- İşə qəbul olunmuş yeni əməkdaş üçün adaptasiya (orientation) proqramını təşkil etmək;
- İşə qəbul hesabatlarını hazırlamaq və birbaşa rəhbərə təqdim etmək;
- İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsində və ümumi təlim prosesində dəstək göstərmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Mükəmməl səviyyədə azərbaycan və ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və Glorri proqramlarını istifadə bacarığı;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı;
- İşin tələblərinə uyğun olaraq davamlı ölkədaxili ezamiyyətlərə açıq olmalı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
- Korporativ nömrə
- Push30 güzəştli abunəlik paketi
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.