Risk üzrə baş mütəxəssis\menecer

  • Deadline 5 December 2025

Təsvir

  • Şirkətin risk idarəetmə strategiyasını hazırlamaq və tətbiqini təmin etmək;
  • Potensial maliyyə, əməliyyat, reputasiya və hüquqi riskləri müəyyən etmək və risk xəritəsi hazırlamaq;
  • Komplayens siyasət və prosedurlarını formalaşdırmaq, yeniləmək və işçilər tərəfindən icrasına nəzarət etmək;
  • Qanunvericilikdə və tənzimləyici tələblərdə baş verən dəyişiklikləri izləmək və rəhbərliyə müvafiq tövsiyələr təqdim etmək;
  • Daxili audit və nəzarət proseslərində iştirak etmək, risklərin aradan qaldırılması üçün fəaliyyət planları hazırlamaq;
  • İşçilərin etik davranış və komplayens mədəniyyətinin inkişafı üçün təlimlər təşkil etmək;
  • Rəhbərliyə risklər və uyğunluq vəziyyəti üzrə dövri hesabatlar təqdim etmək;
  • Xarici tənzimləyici orqanlar, auditorlar və hüquq məsləhətçiləri ilə əməkdaşlıq etmək;
  • Rəhbərlikdən gələn digər tapşırıqları icra etmək.

Tələblər

  • Maliyyə, hüquq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Risk menecmenti, komplayens və/və ya audit sahəsində 3–5 illik iş təcrübəsi;
  • Beynəlxalq standartlar (ISO 31000, COSO, AML/KYC, FATCA və s.) üzrə biliklər üstünlükdür;
  • Güclü analitik düşünmə, detallara diqqət və problemləri həll etmə bacarığı;
  • Mükəmməl səviyyədə azərbaycan dili biliyi, ingilis dili biliyi arzuolunandır;
  • Yüksək etik davranış, məxfilik və məsuliyyət hissi.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
  • Korporativ nömrə
  • Təlim dəstəyi
  • Kariyerada yüksəlmə imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily11
  • Weekly466
  • Monthly487