Təsvir
- Şirkətin sturuktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
- Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
- İddiaçı şirkətlərin satın alınacaq material və xidmətlərə görə müxtəlif kateqoriyalara ayrılması;
- Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
- Qiymət sorğuları və tender müsabiqələri üzrə sənədləşmə işlərinin aparılması;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
- PQQ sistemi üzrə tədarükçülərin sənədlərinin yoxlanışının təşkili;
- Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədlərin təşkil edilməsi, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət edilməsi, həmçinin bağlanmış müqavilələrin idarə olunmasının təmin edilməsi;
- Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
- Şöbə rəhbərliyinə hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.
Tələblər
- Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
- Tender müsabiqələrinin təşkil edilməsi bacarığı;
- Qiymət sorğularının aparılması bacarığı (RFQ,RFP,RFİ);
- Xarici satınalmalarda təcrübə mütləqdir;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
- CİPS sertifikatının olması arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
- Korporativ nömrə
- Təlim dəstəyi
- Kariyerada yüksəlmə imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.