Təsvir
- Şirkətin struktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
- Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
- Vaxtaşırı mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi, bençmarkinq, o cümlədən qiymətlərin optimallaşdırılması həll yollarının təqdim edilməsi;
- Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
- PQQ sistemi üzrə tədarükçülərin sənədlərinin yoxlanışının təşkili;
- Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədləri təşkil etmək, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət etmək, həmçinin bağlanmış müqavilələrin idarə olunmasını təmin etmək;
- Şöbə rəhbərliyinə təchizat prosesinin gedişatı haqqında həftəlik, aylıq hesabatın hazırlanması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Mükəmməl səviyyədə azərbaycan, rus və ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
- Dövlət qurumları ilə rəsmi yazışma və sənədləşmə təcrübəsi;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
- İşin tələblərinə uyğun olaraq ölkədaxili və ölkəxarici ezamiyyətlərə açıq olmalı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
- Korporativ nömrə
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.