Satınalma üzrə baş mütəxəssis

  • Истекает 6 март 2026

Təsvir

  • Şirkətin struktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
  • Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
  • Vaxtaşırı mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi, bençmarkinq, o cümlədən qiymətlərin optimallaşdırılması həll yollarının təqdim edilməsi;
  • Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
  • Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
  • PQQ sistemi üzrə tədarükçülərin sənədlərinin yoxlanışının təşkili;
  • Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədləri təşkil etmək, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət etmək, həmçinin bağlanmış müqavilələrin idarə olunmasını təmin etmək;
  • Şöbə rəhbərliyinə təchizat prosesinin gedişatı haqqında həftəlik, aylıq hesabatın hazırlanması;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Mükəmməl səviyyədə azərbaycan, rus və ingilis dillərində ünsiyyət və yazı bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
  • Dövlət qurumları ilə rəsmi yazışma və sənədləşmə təcrübəsi;
  • Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
  • Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
  • İşin tələblərinə uyğun olaraq ölkədaxili və ölkəxarici ezamiyyətlərə açıq olmalı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
  • Korporativ nömrə
  • Təlim dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly672
  • Monthly679