Təsvir
- Təchizat və satınalma prosesləri üzrə gündəlik sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi.
- Təchizatçı/təchizat bazasının ("vendor list") mütəmadi olaraq yenilənməsi və məlumatların sistemə daxil edilməsi (1C-də yeni kontragentin yaradılması)/
- Daxil olan tələbnamələr əsasında bazarda qiymət sorğularının (RFQ) keçirilməsi və qiymət təkliflərinin toplanması.
- Sifariş olunmuş mal və xidmətlərin çatdırılma prosesinin və müddətlərinin izlənilməsi.
- Müqavilə layihələrinin və digər müvafiq sənədlərin hazırlanmasında texniki dəstək (nüsxələrin tərtibi, çap və s.).
- Tapşırıq əsasında Təchizatçıların ilkin qiymətləndirilməsi (PQQ) üçün tələb olunan sənədlərin toplanmasında və təhlilində iştirak etmək.
Tələblər
- Mühəndislik, İqtisadiyyat, Təchizat Zəncirinin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr təhsili;
- Rus dili və İngilis dili – Minimum B1 səviyyəsində;
- Güclü analitik, məntiqi düşünmə və problem həll etmə bacarıqları;
- MS Excel və Microsoft Office proqramlarında işləmə bacarığı;
- Yüksək məsuliyyət, dürüstlük və öyrənməyə həvəs;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.