Təsvir
- İnzibati binanın, yeməkxananın, həyətin və qonaq evinin bütün ərazilərinin (sanitar qovşaqlar, iş otaqları, anbar sahələri və s.) təmizliyinə, səliqəsinə və təmir işlərinə nəzarət etmək;
- Kartriclərin doldurulmasını təşkil etmək;
- Lazım olan ehtiyacların və malların (dəftərxana ləvazimatları, yeməkxana, təmizlik vasitələri və s.), eləcə də avadanlıqların təmin olunması;
- Şöbə əməkdaşlarının idarə olunması və onların gündəlik işlərinə nəzarət edilməsi;
- Gündəlik aparılan qeydiyyatlar əsasında aylıq hesabatların hazırlanması;
- Yeməkxana ilə bağlı normaların müəyyən edilməsi- menyunun hazırlanması, istifadə olunan ərzaqların adambaşına düşən qramajlara əsasən təyin edilməsi;
- Qonaq evinə gələn qonaqların yerləşdirilməsi - otaqların təmizliyinə nəzarət, aşkar olunan çatışmazlıqların təmin edilməsi;
- Yeməkxananın təmizliyinə, bişirilən yeməklərin keyfiyyətinə, eləcə də işçilərin sanitar və gigiyena normalarına, daxili SƏTƏM və audit tələblərinə riayət olunmasına nəzarət edilməsi;
- Məntəqələrdə aidiyyəti işlərin aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra olunması.
Tələblər
- Texniki peşə təhsili;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, Outlook) və 1C proqramlarını istifadə bacarığı;
- Güclü ünsiyyət, komanda idarəetmə və nəzarət bacarığı;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik;
- BC kateqoriyalı sürücülük vəsiqəsi.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.