Təsvir
- Zavodda baş verə biləcək xəsarət və qəza hallarında ilkin tibbi yardım göstərmək;
- Fövqəladə hallar üçün təlimlərdə iştirak və əməkdaşlara tibbi prosedurların izahı;
- Yaralanma və xəstəlik hallarında tibbi qeydlərin aparılması və rəhbərliyə təqdim olunması;
- İşçilərin dövri tibbi müayinələrinin təşkili və nəticələrinin qeydiyyatı;
- İşçilərin işlədiyi mühit (toz, səs, vibrasiya və s.) üzrə sağlamlıq risklərini izləmək;
- Qəza və xəsarət halları üzrə jurnalların aparılması;
- Tibbi avadanlıq, dərman və yardım paketlərinin inventarizasiyasını təmin etmək;
- Epidemiyalara və iş yerində yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin təşkili;
- Hava keyfiyyəti, işçi səhhəti və gigiyena ilə bağlı texniki və tibbi tədbirlərin koordinasiyası.
Tələblər
- Tibbi ali və yaxud texniki\peşə təhsili;
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Tibbi sahədə ixtisas və sertifikatlara malik olmaq;
- İlk tibbi yardım və fövqəladə hallarda müdaxilə bacarığı;
- İşçilərin sağlamlıq monitorinqi və risk dəyərləndirməsi üzrə biliklər;
- Tibbi sənədləşmə və hesabat hazırlama bacarığı;
- Komanda ilə işləmək, operativ qərar vermək və rəhbərliyə məlumat vermək bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.