Vəzifə öhdəlikləri:
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivlənməsini təşkil edir;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
- E-qaimələrin tərtib edilməsi və izlənməsi;
- Məlumatların 1C 8.3 sisteminə daxil edilməsi;
- Müqavilə və obyekt kodlarının alınması;
- Bank əməliyyatlarının icrası;
- Maliyyə hesabatlarının hazırlanması;
- Statistika hesabatlarının hazırlanıb təqdim edilməsi.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq vəzifə üzrə ən az 3 il iş təcrübəsi;
- MS Office proqramlarını mükəmməl bilməli;
- 1C 8.3 mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməlidir;
İş şəraiti:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
- Davamlı karyera inkişafı və Karyeraya uyğun əmək haqqı artımı
- Əmək haqqı: Aparıcı mühasib 1400-1600 AZN
- İş ünvanı: Bakı, Badamar plaza
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 10 230 38 91 əlaqə nömrəsinə göndərməyiniz xahiş olunur.