Təsvir
- Pivot suvarma sistemləri ilə suvarılan sahələrdə aqrotexniki işlərin təşkil və nəzarət edilməsi;
- Əkin sahələrinin gündəlik monitorinqinin aparılması və bitkilərin inkişaf vəziyyətinin qiymətləndirilməsi;
- Torpağın nəmliyinin, bitkinin vegetasiya mərhələsinin və hava şəraitinin nəzərə alınaraq suvarma qərarlarının verilməsi;
- Gübrələmə, dərmanlama və digər aqrotexniki tədbirlərin planlaşdırılması və icrasına nəzarət;
- Alaq otları, xəstəliklər və zərərvericilərin vaxtında müəyyən edilməsi və mübarizə tədbirlərinin təşkil edilməsi;
- Sahə üzrə məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi;
- Texnika və sahə işçilərinin fəaliyyətinin koordinasiya edilməsi;
- Məhsulun inkişaf dinamikasının izlənilməsi və rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
Tələblər
- Aqronomluq və ya müvafiq kənd təsərrüfatı ixtisası üzrə ali təhsil;
- Aqronom vəzifəsində 1-2 il iş təcrübəsi
- Suvarma, gübrələmə və bitki mühafizəsi üzrə praktiki biliklər;
- Torpaq və bitki analizlərinin nəticələrini düzgün qiymətləndirmək bacarığı;
- Sahə şəraitində işləməyə uyğunluq;
- Komanda ilə işləmək və işçiləri koordinasiya etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.