Təsvir
- Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
- Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
- Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
- Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
- Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.
Tələblər
- Aqronomluq, aqrar mühəndislik və ya əlaqəli ixtisas üzrə ali təhsil
- Kənd təsərrüfatı sahəsində 2+ il iş təcrübəsi arzuolunandır
- Bitkilərin becərilməsi, inkişaf mərhələləri və məhsuldarlığın artırılması üzrə biliklər
- Torpağın analizi, gübrələmə və bitki qidalanması üzrə praktiki bilik
- Bitki xəstəlikləri və zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə üsullarını bilməsi
- Pestisid, herbisid, fungisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqi barədə məlumat
- Suvarma və əkin sahələrinin idarə olunması üzrə təcrübə
- Əkin, səpin, gübrələmə və məhsul yığım proseslərinə nəzarət edə bilmək
- Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa uyğun olmaq
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı
- Hesabat hazırlamaq və sahə məlumatlarını düzgün qeydiyyata almaq bacarığı
- Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə
- Komandada işləmək və sahə işçiləri ilə düzgün kommunikasiya qurmaq bacarığı
- Azərbaycan dili biliyi; rus və ya ingilis dili bilməsi üstünlükdür
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.