İş yeri: Ceyrançöl,Tovuz
Hesabat verir: Mexanika işləri üzrə supervayzer
Vəzifə öhdəlikləri:
- Supervayzerin tapşırıqlarını operativ və dəqiq yerinə yetirmək;
- Təmir, nasazlıqların aradan qaldırılması və tənzimləmə işlərini peşəkarlıqla icra etmək;
- Açarlar və kəsici alətlərdən düzgün istifadə etmək;
- İş alətlərini qorumaq və düzgün saxlamaq;
- İş mühitini təmiz və sistemli saxlamaq;
- Menecerin verdiyi digər tapşırıqları və layihələri icra etmək.
Tələblər:
- Orta və ya peşə təhsili, ali təhsil arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik tədbirləri, yanğından mühafizə qaydaları və standartları üzrə bilik və bacarıqlara sahib olmaq;
- Layihə planlarını və spesifikasiyalarını oxuyub qiymətləndirmək bacarığı;
- Komandada işləmək bacarığı.
Mövzü hissəsində vəzifənin adını- “Çilingər/Tovuz” qeyd edərək müraciətlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.