Vəzifə öhdəlikləri:
- Qida məhsulları üzrə sertifikatlaşdırma prosesində iştirak etmək
- Gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin hazırlanması və yoxlanılması
- Müvafiq dövlət qurumları ilə yazışmaların aparılması
- İdxal və ixrac əməliyyatlarında tələb olunan sənədlərin izlənməsi
- Qida təhlükəsizliyi standartlarına uyğunluğun təmin olunmasına dəstək
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Rus dili biliyi arzuolunandır
- MS Office proqram paketini yaxşı səviyyədə bilmək
- Gömrük sistemi (e-qov.az) ilə işləmək bacarığı
- Gömrük qanunvericiliyi (Gömrük Məcəlləsi, tariflər haqqında qanun, mal nomenklaturası) üzrə yaxşı biliklər
İş şəraiti:
- İş qrafiki: həftə içi 5 gün (09:00 – 18:00)
- Əmək haqqı: 650-800 AZN
- Nahar şirkət tərəfindən qarşılanır
- Korporativ nömrə ilə təmin olunur
- İş yeri: Bakıxanov qəs., B. Bünyadov küç. 12
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Gömrük üzrə Kiçik Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.