İş barədə məlumat:
- Namizədlərin axtarışı, ilkin seçimlərin aparılması və müsahibələrin təşkilində iştirak etmək;
- Yeni əməkdaşların sənədlərinin yoxlanılması və rəsmiləşmə proseslərinin əlaqələndirilməsi;
- Ştat cədvəlinə uyğun olaraq əməkdaş sayına nəzarət etmək;
- Daxil olan müraciətləri təhlil etmək, uyğun hesab olunan namizədləri test və/və ya müsahibə mərhələsinə dəvət etmək;
- Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlili;
- İş yeri – Gəncə.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsində üstünlük verilir);
- MS Office proqramları üzrə biliklər (xüsusilə Excel – yaxşı səviyyədə);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləməyi bacaran.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Şənbə və bazar – istirahət günləri;
- Əmək haqqı: 700 – 800 AZN.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İşə qəbul üzrə mütəxəssis (Gəncə)” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.