Kateqoriya müdiri

  • Deadline 13 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Öhdəlikləri 

  • Müəyyən bir məhsul kateqoriyasının idarə olunması və inkişaf etdirilməsi;
  • Bazar tələbləri, müştəri ehtiyacları və rəqibləri təhlil edərək məhsul strategiyalarının hazırlanması;
  • Məhsul portfelinin strateji inkişafını təmin etmək üçün satış və marketinq-satınalma komandaları ilə sıx əməkdaşlıq edilməsi;
  • Yeni məhsul lansmanlarının təşkili və mövcud məhsulların optimallaşdırılması;
  • Satış hədəflərinin müəyyən edilməsi və həmin hədəflərə çatmaq üçün planlar hazırlaması;
  • Məhsul kateqoriyasının performansının izlənməsi, satış və gəlir göstəricilərini qiymətləndirilməsi;
  • Yüksək səviyyəli təhlil və hesabatların hazırlanması, yuxarı rəhbərliyə təqdim edilməsi;
  • Bazarın, müştəri təcrübəsinin və rəqiblərin dəyişən tələblərinə uyğun olaraq təklifləri tənzimləmək.

 Tələb olunan fərdi və funksional keyfiyyət meyarları

  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya əlaqəli digər sahələr üzrə);
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus dili üstünlükdür;
  • İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il;
  • Güclü analitik bacarıqlar, bazar təhlili və satış proqnozları hazırlamaq bacarığı;
  • Əla ünsiyyət və təqdimat bacarıqları;
  • Microsoft Office və digər ofis proqramları üzrə biliklər;
  • Komanda idarəetmə təcrübəsi və liderlik bacarıqları;
  • Mükəmməl təşkilatçılıq və layihə idarəetmə bacarıqları.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 08:00 - 17:00;
  • Iş yeri: Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən  təyin olunacaq;
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur. 

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Kateqoriya müdiri” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily176
  • Weekly322
  • Monthly1154