İş yeri: Bakı şəhəri, Bakıxanov qəs., Bəşir Bünyadov küç.
İş şərtləri:
- Əmək haqqı: 600 AZN
- İş qrafiki: 5 günlük tam iş günü
- İş saatları: 09:00 – 18:00
- Nahar: Şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
- Marketinq kampaniyaları üzrə məlumatların toplanması və hesabatların hazırlanması
- Sosial media və digər marketinq kanalları üzrə paylaşımların planlanmasına dəstək
- Reklam və promo fəaliyyətlərinin koordinasiyasında iştirak
- Məlumatların müvafiq proqram təminatlarında qeydiyyatı və yenilənməsi
- Daxili yazışmaların aparılması və sənədləşmə işlərinə dəstək
- Bazar və rəqib analizləri üçün ilkin məlumatların toplanması
- Marketinq komandası tərəfindən verilən tapşırıqların icrası
Tələblər:
- Xanım namizəd
- Ali təhsil (Marketinq və ya əlaqəli sahə üstünlükdür)
- Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı (arzuolunandır)
- Sosial media platformaları haqqında ilkin biliklər
- Müvafiq sahədə iş təcrübəsi (arzuolunandır)
- Analitik düşünmə və ünsiyyət bacarığı
- Komandada işləmək bacarığı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə Assistent” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.