Satış - Bölgə Müdiri (Qazax)

  • Deadline 5 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər: 

  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Qida sahəsində “Bölgə Müdiri” kimi təcrübə mütləqdir;
  • Şəxsi avtomobil;
  • Dəqiqlik, nizam-intizam,məsuliyyətlilik və kollektivlə işləmə bacarığı;
  • Satış etmə, idarəetmə və liderlik bacarıqları;
  • Gəncə,Qazax və ya yaxın ərazilərdə iş təcrübəsi olan və həmin ərazilərdə yaşayan əməkdaşlara üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:  

  • Satış göstəricilərinin təhlili və inkişafına nəzarət;
  • Potensial müştəriləri müəyyənləşdirmək,Onlarla əlaqə yaratmaq və yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Satış təmsilçiləri və digər komanda heyətini idarə etmə bacarığı;
  • Təşkilati hədəflərə çatmaq üçün effektiv satış strategiyalarının tətbiqi;
  • Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
  • Satış nöqtələrində sifarişlərin alınmasına nəzarət edilməsi və rəhbərlik edilməsi;
  • Təyin olunan proqram üzrə satış nöqtələrininin gündəlik ziyarət edilməsinə nəzarət edilməsi;

İş şərtlərimiz:

  • Əmək haqqı: Fix + bonus (Ortalama 2500-3000 AZN)
  • İş qrafiki: Tam iş günü (5 gün)
  • İş saatları: 08:00-17:00
  • Ofis: Tovuz rayonu
  • Nahar, benzin, korporativ nömrə və amortizasiya xərcləri şirkət tərəfindən təmin olunur
  • Kənar rayonlarda yaşayanlar üçün qonaqlama xərcləri şirkət tərəfindən qarşılanılır

Vakansiya üçün müraciət edən namizədlər mövzu yerində  “Bölgə Müdiri Qazax” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055 400 44 24

  • Daily0
  • Weekly466
  • Monthly487