İş barədə məlumat
- İnternet banking vasitəsilə bank əməliyyatlarının icrası və bütün bank əməliyyatlarının 1C 8.3 proqramında işlənməsi.
- ƏDV depozit hesabı vasitəsilə ödənişlərin edilməsi və əməliyyatların 1C 8.3 proqramına işlənməsi.
- Elektron qaimə fakturaların hazırlanması (EFP vasitəsilə), göndərilməsi və 1C 8.3 proqramına işlənməsi.
- Hesab Fakturaların hazırlanması.
- Daxil olan Elektron qaimə fakturaların nəzarətdə saxlanılması və aidiyyəti üzrə 1C 8.3 proqramına işlənməsi.
- Debitor və kreditorlarla hesablaşmaların qeydiyyatının aparılması.
- Əsas vəsaitlərin uçotunun aparılması.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü - Həftə içi 5 gün (09:00-18:00)
- Əmək haqqı: 800 AZN
Namizədə tələblər
- Maliyyə və mühasibatlıq sahəsində 2 ildən az olmayan iş təcrübəsi əsasdır
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Proqram bilikləri: 1C 8.3 ( vacibdir)
- Proqram bilikləri: EFP və Excel (yaxşı səviyyədə)
- Analitik qabiliyyətə, ünsiyyət və detallara diqqət etmə bacarıqlarına malik olmaq
Qeyd: CV-ləri göndərən zaman işə gediş -gəliş zamanı problemlər yaranmaması üçün müəssisənin yerləşdiyi ünvanı nəzərə almağı unutmayın!
Ünvan: Qaradağ rayonu , Lökbatan qəsəbəsi, Salyan şossesi 22 L
Maraqlanan namizədlər mövzu hissəsində “Mühasib” qeyd edərək CV formasını elektron poçt ünvanına göndərə bilər.